Azerbaijan State Academy of Physical Education and Sport

Akademik borc nədir?

Akademik borcu necə bağlaya bilərəm?

Dərslərin 25 faizindən çoxunda iştirak etməyən tələbə (milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır.

Siz imtahandan kəsilirsinizsə bu o deməkdir ki, fənnüzrə müəyyən olunmuş krediti qazana bilmədiniz və sizin akademik borcunuz yarandı. Akademik borc yarandıqda tələbələr sırasından xaric edilmirsiniz, amma təhsil müddətinin uzana bilməsi problemi ilə qarşılaşırsınız.

Bir vacib məqamı da qeyd edək ki, tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. Fənni dinləyib imtahandan qeyri-kafi qiymət almış və ya imtahanda üzrsüz səbəbdən iştirak etməyən tələbə həmin fənnin kredit məbləğinin 25%-i ödəməklə təkrar imtahanı həmin semestrdə və ya növbəti tədris illərində müvafiq semestrlərdə verə bilər. Fənn üzrə kredit məbləğinin 25%-ni ödəməklə təkrar imtahandanuğurlu nəticə ilə çıxmayan tələbə alt qruplar

və ya yay məktəbində akademik borcunu ödənişli əsaslarla ləğv edə bilər. Belə halda ödəniş miqdarı ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqqını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Beləliklə, alt qruplar və ya yay semestrinə qeydiyyatdan keçərək, ödəniş etdikdən sonra yenidən dərslərdə iştirak edərək, sonda imtahan verilir.

Daha ətraflı: https://e-qanun.az/framework/27030