Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Xarici vətəndaşlar üçün

Magistr


Əcnəbi vətəndaşlar www.portal.edu.az internet səhifəsindən müraciət edə bilərlər. Müraciəti müvəffəqiyyətli olan xarici  vətəndaşlar Akademiyanın fakültə və məsul şəxsləri tərəfindən onlayn müsahibəyə dəvət olunacaqlar.

Magistr səviyyəsi üzrə ixtisaslaşmalar (Azərbaycan və rus dillərində)

İngilis dilində magistr səviyyəsi üzrə yeni ixtisaslaşmalar

Dil biliyi tələbləri

Tərtib olunan Proqramın dilindən asılı olaraq, əcnəbi vətəndaşlar Azərbaycan, rus və ya ingilis dil biliklərini nümayiş  etməlidirlər. Bu təsdiq aşağıdakı formalardan biri üzrə ola bilər:

  • Ixtisasın tədris dili üzrə ən azı bir tədris ili (əyani) təhsil aldığını təsdiq edən sənəd;
  • ADBTİA-nın təşkil etdiyi dil imtahanından müvəffəq nəticə;
  • İngilis dil biliyi tələbləri - TOEFL (ən azı 82 İBT),  IELTS (akademik minimum 6.5) imtahan nəticələri. IELTS imtahan nəticələri 6.5-dən az, amma 5-dən çox olan, TOEFL ingilis dilinə yiyələnən imtahan nəticəsi 82-dən az, amma 60-dan çox olan tələbələr yay ayları ərzində  ADBTİA-nın təşkil etdiyi  intensiv dil kurslarında müvəffəq nəticələr göstərməlidirlər. Bu dil kursu ödənişlidir.
  • Dil biliyi yetərincə olmayan  əcnəbi tələbələr Akademiyada təhsil almaları üçün 2 semestr dil kurslarına cəlb olunacaqlar. Dil kursları ödənişli proqramdır.

Tələblər:

  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş əsli;
  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) tanınması haqqında şəhadətnamə (nostrifikasiya);
  • Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
  • Etibarlı sərhədkeçmə sənədi;
  • Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Qəbul prosesi:

  1. www.portal.edu.az internet səhfəsi vasitəsi ilə müraciət.
  2. Müraciətiniz təhlil edildikdən sonra sizə müsahibə mərhələsinə dəvət barədə elektron məktub gələcək.
  3. Müsahibə zamanı ADBTİA-nın qəbul komissiyası tərəfindən sizə müxtəlif suallar veriləcək.
  4. Müsahibə mərhələsini keçdikdən sonra ADBTİA-nın Beynəlxalq əlaqələr şöbəsi sənədləşmə, viza, ödəniş, yerləşdirmə və s. ilə bağlı işə başlamaq üçün sizinlə əlaqə saxlayacaq.

Müraciətin son tarixi: 25 avqust 2023-cü il

Ətraflı məlumat üçün: Beynəlxalq əlaqələr şöbəsinin əlaqə nömrəsi: +994125640902

international@sport.edu.az

Magistratura şöbəsi - master@sport.edu.az  ilə əlaqə saxlaya bilərsiniz.

APPLY NOW

 

Qısa keçidlər:

Təhsil haqqı və təqaüd proqramları

Akademik terminologiya

Viza

Yaşayış

Akademiyanın infrastrukturu