Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da Elmi-Praktiki Konfransı keçirilib

25-26 aprel 2018-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “MÜASİR İDMANDA DƏYƏRLƏR, ƏNƏNƏLƏR VƏ İNNOVASİYALAR” mövzusunda tələbə və magistrantların elmi-praktiki konfransı keçirilmişdir. Konfransda 3 bölmə üzrə, 47 tələbənın təqdimatı dinlənildı və qiymətləndirildı. Bundan əlavə 63 tələbənin tezisi, tezislər toplusunda dərc olunmuşdur.

Konfransın məqsədi:

Bədən tərbiyəsi və idman sahəsində yenilikləri aşkarlamaq, aktual problemlərin həlli yollarını müəyyənləşdirmək, elmi baxışları, yanaşmaları və metodları formalaşdırmaq.

Konfransın elmi istiqamətləri

Bölmə 1. Bədən Tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması

Bölmə 2. Yüksək dərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi

Bölmə 3. Bədən Tərbiyəsi və idmanın idarə edilməsi və sosial –iqtisadi aspektləri

Konfransın formatı:

1.         Konfransda çıxış və tezisin dərci

2.         Tezisin dərci ilə konfransda iştirak

3.         Poster təqdimatı

4.         Tezisin dərci

Xəbərlər