Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-nın tələbələri Bədii Gimnastika üzrə Dünya Kubokunda 3-çü yerin sahibləri oldu

Milli Gimnastika Arenasında beynəlxalq yarışa - bədii gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu.  Dünyanın hər yerindən olan gimnastların artıq doğma məkanına çevrilmiş arena 3 gün boyunca bədii gimnastların icrasında möhtəşəm bir gimnastika tədbirinə şahidlik etdi. 26 ölkədən paytaxtımıza təşrif buyurmuş gimnastlar yarışların sonuncu günü həm ayrı-ayrı alətlər üzrə, həm də qrup hərəkətləri proqramında final çıxışlarını icra edərək, öz aralarında qalibləri, həmçinin FIG və AGF Trophy kuboklarının sahiblərini müəyyənləşdirdilər.

İdman Akademiyasında təhsil alan Vasilyeva Siyana (QOR-14-1),  Doman Diana (QR-17-1),  Bayramova Ayşən (QR-17-1), Hümmətova Zeynəb (KSİNQ-17-1),  Paşayeva Aliyə (QOR-13-1) beynəlxalq miqyaslı turnirdə ölkəmizi qrup hərəkətləri komandası çərçivəsində təmsil edərək 3-cü yerin sahibləri oldular.

Həyəcanla gözlənilən bu mərhələdə qızlarımız öz kompozisiyalarını qüsursuz icra edərək, Dünya Kubokunun bürünc medalına sahibləndilər.

Qrup komandamızın 3 top - 2 iplə ilə çıxışları isə onları finalda 5-ci yerdə qərarlaşdırdı.

Fərdi mübarizədə isə 4 alət üzrə çıxışlarının ümumi nəticəsinə əsasən çoxnövçülükdə Veronika Hudis 12-ci, Zöhrə Ağamirova isə 17-ci yerdə qərarlaşdılar. Bununla da, Azərbaycan Gimnastika Federasiyası bədii gimnastika üzrə Bakıda təşkil olunan sayca 6-cı Dünya Kubokunu uğurla başa vurdu. 

Mənbəə: Azərbaycan Gimnastika Federasiyası

Xəbərlər