Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirildi

7 may 2018-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilmişdir.

Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Olimpiya və dünya çempionları, professor-müəllim və tələbə heyəti iştirak etmişdir.

Xatirə tədbirində Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin uşaq xoru tərəfindən ümummilli liderin sevimli mahnıları ifa olundu, daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.  

Yubiley tədbirində iştirak edən dövlət rəsmiləri xüsusi olaraq qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi olmuşdur.

Xəbərlər