Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” adlı kitabın təqdimatı keçirilib

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlament respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu münasibət ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 1918 – 2018-ci illəri əhatə edən bədən tərbiyəsi və idmanın inkişafı dair elmi-tədqiqat kitabının təqdimatı keçirilib.

Tədbirdə giriş söz ilə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev 28 May tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində parlaq sahifəsindən danışaraq, eyni zamanda  Ümumilli Lider Heydər Əliyevin üç rəngli bayrağımızın yenidən dalğalandıraraq, Xalq Cümhuriyyətinin ənənələrinin yenidən dirçəldiyini istiqamətində mühüm addımlarından danışıb.

Daha sonra, tədbirin qonaqları – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nazir müavini İsmayıl İsmayılov və "Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, Azərbaycan Milli Olimpiya komitəsinin "Ədalətli Ouynlar" komissiyasının sədri Xəzər İsayev xalqımızın Ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğı, müstəqillik illərində və ondan əvvəlki illərdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, Xalq Cümhuriyyətinin 100 illik dövründə Azərbaycanın görkəmli idmançıları, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, Olimpiya İdman Komplekslərinin inkişafı haqqında danışdılar.

Tədbirin əsas hissəsində Azərbaycan Respublikasının idman ustası, Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar məşqçisi, «İdmançı» qəzetinin baş redaktoru, «Tərəqqi» medalına layiq görülmüş, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi , «Əməkdar bədən tərbiyəsi və idman xadimi», Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Nurlu qələm” ustası, «Qızıl qələm» media mükafatı laureatı, professor Dilqəm Quliyevin təqdim etdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı d (1918-2018)” elmi-tədqiqat kitabının təqdimatı keçirilidi.

Elmi-tədqiqat əsəri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik dövrünü əhatə edərək, 1 əsr ərzində Olimpiya oyunları, dünya və Avropa çempionları, eləcədə tanınmış mükafatçılarının çıxışlarının təhlili,  idmançıların yüksək nailiyyətləri necə gərgin idman mübarizəsi nəticəsində qazandıqlarını, bu zirvəyə çatmağın hansı zəhmət hesabına başa gəldiyi tarixi faktlarla geniş təhlil edilmişdir. Fəsillərdə ayrı-ayrı dövrlərdə həyata keçirilən tədbirlər, müxtəlif illərə aid fotomaterialların da yer alması kitabın maraqlı olmasında mühüm rol oynamışdır.

Təqdim edilən elmi-tədqiqat əsəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbərlər