Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da “Könüllü qanvermə” aksiyası keçirildi

Müsbət ənənəyə çevrilmiş “Könüllü qanvermə” aksiyası 14 noyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsində Akademiyanın 88 illiyi dönümünə həsr olundu.

Ötən illərdə olduğu kimi, bu il də tədris ocağının ad günü ilə bağlı keçirilən tədbir sosial yönümlü xeyriyyə aksiyalarının silsiləsindərdir.

İrsi qan xəstəliklərindən, o cümlədən, talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə keçirilən aksiyada Akademiyanın tələbələri, müəllimləri və administrativ şöbəsinin əməkdaşları iştirak edib. 

Aksiya çərçivəsində donorlar həkim-hemotoloqları tərəfindən yoxlanışdan keçirilib, daha sonra isə qan verib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya və hemofiliya qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək məqsədilə xüsusi tibb briqadasına təhvil verilib.

Mütəmadi olaraq Akademiyada bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd tələbələrin sosial məsuliyyətini artırmaq, onları könüllülüyə və vətənə xidmətə ruhlandırmaqdır. 88 illik tarixə malik ADBTİA bundan sonra da sosial yönümlü layihələrini davam etdirmək və bu layihələrə dəstək vermək niyyətindədir.

Xəbərlər