Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da əsaslı təmirdən sonra idman zallarına baxış keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, ABŞ səfirliyinin və idman ictimaiyyətinin nümayəndələri, xarici ekspertlər Akademiyanın qonaqları oldular.

11 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əsaslı təmirdən sonra basketbol, voleybol, həndbol, ağırlıq qaldırma və boks idman zallarına baxış keçirilmişdir. Bu, Akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan müvafiq işlərin davamıdır.

Tədbir çərçivəsində qonaqlar - Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, ABŞ səfirliyinin və idman ictimaiyyətinin nümayəndələri, xarici ekspertlər - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan yenidənqurma və təmir işləri, elmi-tədris bazasının gücləndirilməsi haqqında ətraflı məlumat almış, təmirdən sonra istifadəyə verilən basketbol, voleybol, həndbol, ağırlıq qaldırma və boks idman zalları ilə yaxından tanış olmuşdurlar. Basketbol və voleybol zallarında qonaqlar milli yığmaların, həndbol, ağırlıq qaldırma və boks zallarında isə - İdman Akademiyasının tələbələrinin nümunəvi çıxışlarını izlədilər və gənclərlə qrup şəkli çəkdirdilər.

Tədbir iştirakçıları həmçinin Akademiyada tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” və “İdman tibbi və reabilitasiya” magistr ixtisaslarının tədrisi üçün tikilən Multimedia Mərkəzi və Elmi-Tədris Laboratoriyası ilə da tanış oldular, dərs prosesini izlədilər.

Tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbol zalında rəsmi hissə ilə sona çatdı. Rəsmi hissədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qonaqları salamladı, daimi dəstəyə görə Gənclər və İdman Nazirliyinə və idmansevərlərə Akademiya adından minnətdarlığını bildirdi. Sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ Azərbaycandakı səfirliyinin nümayəndəsi Heidi Smith, Carnegie Universitetinin nümayəndəsi Matt Newby və Basketbol üzrə milli yığmanın üzvü Amil Hamzayev çıxış etdilər.

Xəbərlər