ADBTİA-da “Müasir idmanda dəyərlər, ənənələr və innovasiyalar” mövzusunda tələbə və magistrantların elmi-praktiki konfransı keçirildi
”Təhsildə yeniliklərə, idmanda nailiyyətlərə imza ataq" devizi ilə keçirilən konfransda akademiyanın tələbə və magistrantlarından ibarət 50 iştirakçı öz mövzusunu təqdim etdi. İki gün davam edən konfrans ADBTİA-nın rektoru Fuad Hacıyevin iştirakçılara müraciəti və uğur arzulaması ilə start götürdü. Ardınca mövzunun aktuallığı, araşdırmanın geniş və dəqiq aparılması və daha əhatəli təqdimat ilə seçilən çıxışlardan ibarət plenar iclas baş tutdu. Günün ikinci yarısı və növbəti gün ərzində iştirakçılar 3 bölmə üzrə çıxışlarını sədr, həmsədr, münsiflər heyəti, elmi rəhbərlər və tələbələrə təqdim etdilər. “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması”, “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsi və idmanın idarə edilməsi” və “Sosial-iqtisadi aspektləri” adlı bölmələrdə edilən çıxışlar xoş təsüratlarla yadda qaldı.
Hər il keçirilən konfransdan fərqli olaraq bu dəfə tələbələr ənənəvi təqdimatlarla yanaşı, həm də poster prezentasiyaları ilə çıxış etdilər. Sonda bölmə sədrləri və münsiflər heyətinin ortaq qərarı ilə ən çox xal qazanan iştirakçılar mükafatlandırıldılar. Qalib tələbələrin elmi rəhbərləri isə təşəkkürnamə ilə təltif edildilər.
Konfransdan olan şəkilləri aşağıdakı linklər vasitəsi ilə əldə edə bilərsiniz: