Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiyanın tələbələri "Yay Fest - Azərbaycan Gənclər Festivalı"nda iştirak edib

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "Yay Fest - Azərbaycan Gənclər Festivalı" keçirilib.
Festival 5 gün ərzində Şahdağ Qış-Yay Turizm Kompleksində baş tutub. Gənclər günün ilk yarısında müxtəlif təlim, seminar, müzakirə və görüşlərdə, günün ikinci yarısında əyləncəli, intellektual, idman oyunlarında iştirak ediblər. Hər günün sonunda möhtəşəm konsert proqramları təşkil olunub.
Festival müddətində Quba Memorial Kompleksinə səfər olub.
Qeyd edək ki, festivalda 500 tələbə iştirak edib. Akademiyamızın 15 tələbəsi festivalda iştirak etmək haqqı qazanıb:
Murad Süleymanlı- qrup nümayəndəsi
Kamran Həsənzadə- qrup nümayəndəsi
Elnur İbrahimov- iştirakçı
Murad Balakişiyev-iştirakçı
Aytac Ramazanova- iştirakçı
Samir Əliyev- iştirakçı
Xoşbəxt Ələkbərzadə- iştirakçı
Zeynalabdin İskəndərzadə- iştirakçı
Penahəlixan Əliyev- iştirakçı
Əzizağa Quliyev- iştirakçı
Təhminə Hüseynli- iştirakçı
Elxan Gülmaliyev- iştirakçı
Zahid Babaşov- iştirakçı
İsmayıl İbrahimli- iştirakçı
Sevlan Rüstəmli- iştirakçı

 

Xəbərlər