Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ComplexCore+ təlimləri davam edir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Avstriyanın ComplexCore+ təlimçi qrupu tərəfindən Bakı şəhərində məşq və fiziki terapiya üçün fiziki hərəkətləri seçməkdə və planlaşdırmaqda dəstək göstərən ComplexCore+ təliminin keçirilməsi nəzərdə tutulmuşdur.

Təlim üçsəviyyəli olub, nəzəri və təcrübi hissələrdən ibarətdir. Nəzəri hissə funksional anatomiya üzrə təməl biliklərini, fiziki məşq nümunələrini, eləcə də hərəkətin skrininqi və motor bacarıqlarının qiymətləndirilməsi kimi idman tibbinin prinsipləri üzrə detallı məlumatları özündə ehtiva edir. Təcrübi hissədə isə bu sistemlə tanış olmaq üçün çoxsaylı müxtəlif fiziki hərəkətlər təqdim edilir. 2019-cu ilin 5 oktyabr tarixində ComplexCore+ təliminin 1-ci səviyyəsi və 6 oktyabr tarixində isə 2-ci və 3-cü səviyyələrinin keçirilməsi planlaşdırılmışdır.

Təlimlər “The Club” idman və sağlamlıq mərkəzində keçiriləcəkdir. Ünvan: Bakı şəhəri, Neftçilər pr. 153, "The Club" Port Baku.

Təlimdə iştirak etmək istəyən şəxslər ADBTİA-nın Elmi-tədris laboratoriyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 03.10.2019-cu tarixədək aparılır. Əlaqə telefonu: (012)564 73 64.

Təlimlər ödənişlidir. Ödənişlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları, məzunları və tələbələri hər gün üçün 50 man, digər şəxslər üçün 100 man təşkil edir. 

Qeydiyyat üçün tələbələr şəxsiyyət vəsiqəsi, tələbə bileti, əməkdaşlar şəxsiyyət vəsiqəsi və ID, məzunlar diplomun surəti və səxsiyyət vəsiqəsi, digər şəxslər səxsiyyət vəsiqəsi təqdim etməlidirlər.

İştirakçılardan təlimə gələrkən özləri ilə idman geyimi gətirmələri xahiş olunur.

Xəbərlər