Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da könüllü qanvermə aksiyası

8 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  Dövlət bayrağı günü və Akademiyanın 89 illiyinə həsr olunmuş könüllü qanvermə aksiyası keçirilib.

Hər il ənənəvi şəkildə keçirilən layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi – Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlığı ilə həyata keçirilir.

Artıq 3 ildir təşkil olunan layihədə  Akademiyanın professor-müəllim və tələbə heyəti Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü şəkildə qan verirlər.

‘’Qan verək, bir həyatın qəhrəmanı da  biz olaq’’ şüarı ilə keçirilən aksiyada məqsəd, tələbələr arasında humanist ideyaları təbliğ edərək, həyat xilas etmək üçün  addım atmaqdır.

Xəbərlər