Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman Akademiyası tərəfindən ordumuza dəstək

            Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədi ilə əks hücuma keçən Milli ordumuz ərazilərimizin bütövlüyünün bərpası uğrunda düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı azad etməkdə davam edir. 

           Ordumuza dəstək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 5 oktyabr tarixində ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olanMitsubishi Pick-up L200  avtomobili təqdim olunub.  

            Həmçinin, döyüş bölgəsindəki əsgərlərimizə dəstək məqsədi ilə akademik, inzibati heyət və tələbələr öz ürək sözlərini əks etdirən “əsgərə məktub” yazıb Akademiya tərəfindən hazırlanan hədiyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndərdilər. 

Xəbərlər