Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

"ASAPES GOLD"da "Məzunlar" layihəsi: Rüstəm Rüstəmli qonağımız oldu

"ASAPES GOLD" radiosu daha bir layihəyə start verib. "Məzunlar" layihəsinin ilk qonağı isə 2011-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2015-2017-ci illərdə magistr təhsili alan, hazırda isə ADBTİA-da futbol müəllimi, AFFA Hakimlər Komitəsində köməkçi fitnes məşqçisi kimi çalışan idman ustası Rüstəm Rüstəmli olub.
Layihənin adından da bəlli olduğu kimi, ADBTİA-da oxuyub, ixtisasları üzrə fəaliyyətini davam etdirən məzunlar daima qonağımız olacaq.
İlk buraxılışda dəvət alan Rüstəm Rüstəmli təhsil aldığı illərdən, sevimli peşəsindən, tələbələrin idmana olan marağından və qazandığı uğurlardan danışıb. Müsahibə zamanı peşəkar idman fəaliyyətində ADBTİA-nın rolunun böyük olduğunu vurğulayan Rüstəm məşqçilik təcrübəsindən də söz açıb.

 

Xəbərlər