Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA nəzdindəki ASAPES-SABAH pilot qrupun tələbələri şəhidlərimizi anıblar

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi 20 yanvar faciəsi ilə əlaqədar Akademiyanın İdman Menecmenti və Kommunikasiya ixtisası üzrə İstedadlı tələbələrdən ibarət xüsusi qrupun tələbələri ilə birgə anım mərasimi keçirib.
Onlayn formatda keçirilən tədbirdə Akademiyanın rektoru Fuad Hacıyev, SABAH mərkəzinin rəhbər əvəzi Lalə Əhmədova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov,  SABAH mərkəzinin koordinatorları Aydan Əliyeva, Çingiz Əliyev və ASAPES-SABAH qrupun tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Lalə Əhmədova açib.Əvvəlcə qanlı yanvara həsr olunmuş qısametrajlı filim təqdim olunub. Sonra Elnur Məmmədov 1990-cı il hadisələri barədə danışıb. Tələbələrdən Bilal Əsgərzadə, Hüseyn İbadov, Ülvi Məlikzadə, Ləman Sultanlı, Günel Bayramova, Nərmin İbrahimova, Zeynəb Ağaşova, Pərviz Sadıqov və başqaları öz fikirlərini bölüşüblər.
Sonda Akademiyanın rektoru Fuad Hacıyev tələbələrə qanlı yaddaşımız və qəhrəmanlıq tariximiz barədə danışıb. F.Hacıyevin Azərbaycan tarixinin keşməkeşli dövrləri barədə faktlarla zəngin söhbətini SABAH qruplarının tələbələri böyük maraqa dinləyiblər.

Xəbərlər