Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

2016/2017-ci ilin "Ən yaxşı qrupu" mükafatlandırıldı

Düz bir il öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən 99 qrup "İlin ən yaxşı qrupu" müsabiqəsində iştirak etməyə başladılar.

Dərslərə davamiyyət, kitabxanadan istifadə, sosial fəaliyyət və idman nailiyyətləri üzərində qurulan müsabiqə çox maraqlı və təsiredici keçirdi. İlin sonuna 99 qrupdan finala çıxan hər üç qrup Akademiyanın adını layiqincə təmsil edə bildi. Final günü yaxınlaşdıqca, sosial səhifədə mübarizə daha da canlandı, hər qrupun öz fanatları formalaşdı. Qaliblər arasında fərq çox kiçik olduğuna görə, bütün finalçılar akademiya üçün qalib sayılır. Rəgəmlərə gəldikdə isə, MFH-16-17 qrup 50.4 bal toplayaraq qalib gəldi. 

Yeni tədris ilin əvvəlində qalib qrupun tələbələri, eləcədə 2-ci və 3-cü qrupun starostaları 22.09.2017-ci il tarixində Akademiyanın rektoru Fuad Hacıyev ilə görüşdülər. Görüş standard çərçivələrdən çıxaraq akt zalında yox, səmimi  "ziyafət gecəsi" formatında keçdi. Tələbələr rəhbərlik ilə daha yaxın tanış oldular və, dediklərinə görə yeni uğurlar üçün güclü motivasiya aldılar. İnanırıq ki, bu il elan olunacaq "İlin ən yaxşı qrupu" müsabiqəsində tələbələr çox fəal iştirak edəcəklər və bu, ənənə hələ illər ərzində yaşayacaqdı.

Xəbərlər