Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Məşhur idman jurnalisti və şərhçisi "İdman jurnalistikası" ixtisasının tələbələri qarşısında çıxış edib

Məşhur idman jurnalisti və şərhçisi Dündar Keşaplı Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının qonağı olub. Akademiyaya səfəri çərçivəsində D.Keşaplı, həmçinin, Akademiyanın nəznində yeni yaradılan Multimedia Mərkəzi ilə də tanış olub. Məşhur şərhçi ölkəmizdə və Cənubi Qafqazda ilk dəfə magistr səviyyəsində tədrisinə başlanılan "İdman Jurnalistikası" ixtisasının tələbələri qarşısında çıxış edib.

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ"-"Roma" oyununu şərh etmək məqsədilə ölkəmizdə səfərdə olan D.Keşaplı gələcəyin idman jurnalistləri ilə bu sahə ilə bağlı təcrübəsini bölüşüb.

D. Keşaplı, həmçinin, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan yenidənqurma işləri və idman jurnalistikasının təlim-tədris sistemində inkişafı üçün yardılan şəraitdən də məmnunluğunu ifadə edib.

Daha sonra Dündar bəy tələbələrin suallarını cavablandırıb və onlarla xatirə şəkli çəkdirib.

Məlumat üçün bildirək ki,"İdman Jurnalistikası" magistr proqramı  Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası və Böyük Britaniya Birləşmiş Krallığının ən dinamik idman universiteti olan Şeffild Hallam Universiteti ilə birgə tərtib olunub. 

Xəbərlər