Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da idman qurumlarının əməkdaşları üçün sosial media mövzusunda təlim keçirilib

16 dekabr 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Multimedia Mərkəzində ölkəmizdə fəaliyyət göstərən idman təşkilatlarının nümayəndələri üçün xüsusi təlim keçirilib.

Akademiyanın "İdman Jurnalistikası" Magistr Proqramının rəhbəri Dan Mason tərəfindən həyata keçirilən təlim "Sosial mediada təqdimat" mövzusunu əhatə edib. Təlim idman qurumlarının, federasiyaların PR mütəxəssisləri və həmçinin, bu təşkilatların veb-sayt, blog və ya Facebook səhifələrinin idarəsində məsul olan şəxslər iştirak edib.

Həftəsonuna təsadüf edən və bütün gün davam edən təlimdə Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Stolüstü Tennis Federasiyası, Velosiped Federasiyası və Gimnastika Federasiyasının əməkdaşları xüsusi fəallıqları ilə seçiliblər.

Təlimin sonunda iştirakçılar onlar üçün keçirilən maraqlı sessiyadan məmnunluqlarını ifadə edib, bundan sonra Akademiya ilə daha sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Xəbərlər