Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-nın "İdman Jurnalistikası" magistr proqramının rəhbəri BDU-da təqdimat keçirib

19.12.2017-ci il tarixində Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Jurnalistika sahəsində 30 illik təcrübəyə malik Böyük Britaniyalı ekspert, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  İdman Jurnalistikasımagistr proqramının direktoru olan Dan Mason və proqramın meneceri Ellada Mustafayeva iştirak edib. 

Akademiya təmsilçiləri çıxışları müddətində “İdman Jurnalistikası” magistr proqramı barədə tədbir iştirakçılarına və tələbələrə məlumat veriblər. Dan Mason idman jurnalistikası istiqamətində tədris prosesinin aparılmasının əhəmiyyətindən söhbət açıb. Daha sonra "İdman jurnalistikası" magistr ixtisası ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Xəbərlər