Azerbaijan State Academy of Physical Education and Sport

Qonağımız var!

Mart ayının sonu Ciu Citsu Federasiyasının Vitse-prezidenti Safarov Seymur və Federasiyanın mətbuat katibi Rufat Abdullayev Akademiyamızın qonaqları oldular. Görüş zamanı Tədris və Elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə qonaqları Akademiyada son 3 il ərzində aparılan işlər və yeniliklər, habelə burada tədris olunan yeni “İdman Tibbi və Reabilitasiya”, “İdman menecmenti” və “İdman jurnalistikası” magisr proqramları ilə tanış etdi. Sonradan qonaqlarımız Akademiyada fəaliyyət göstərən elmi-tədris laboratoriyasını ziyarət etdilər. Görüş zamanı həmçinin birgə əməkdaşlıq barəsində razılıq əldə edildi və sonda xatirə şəkilləri çəkildi.

News and Events