Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-nın Karyera Mərkəzi "Karyera Akademiyası" layihəsinə start verdi!

“Karyera Akademiyası” layihəsinin əsas məqsədi ADBTİA gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, xüsusilə idman sahəsində karyeraya hazırlıq, natiqlik bacarıqlarının inkişaf etdirilməsi, iş müsahibəsinə hazırlıq, karyerada xarici dil biliklərinin əhəmiyyəti və s. kimi fəaliyyətlərin sistemli öyrənilməsini özündə ehtiva edir.

Aprel-may aylarını əhatə edəcək layihədə müxtəlif fakültələrdən 35 tələbə müsahibə mərhələsini uğurla keçərək layihə iştirakçısı olaraq seçilib. Layihənin sonunda iştirakçılar sertifikat ilə təmin ediləcəklər.

Layihənin ilk təlimi 13.04.2019-cu il tarixində KarnegiKlub Treninq Mərkəzinin təsisçisi, beynəlxalq dərəcəli təlimçi-Nəcəf Allahverdiyevin təqdimatında "Natiqlik bacarıqları" mövzusunda baş tutdu.

Olduqca səmimi və maraqlı keçən görüşdə təqdimat bacarıqları, fobiyalardan azad olmaq, natiqtək toplum önündə rahat danışmaq kimi məqamlara toxunulub, iştirakçılara öz natiqlik bacarıqlarını təqdim etmək imkanı yaradılıb, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin növbəti təlimi  Milli Olimpiya Komitəsinin marketinq direktoru - Mehman Kərimovun təqtimatında "İdmanda Karyera" mövzusunda baş tutacaq.

News and Events