Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycanda ilk dəfə ComplexCore+ üzrə təlim keçirildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə keçirilən təlim ComplexCore+ üçsəviyyəli təlimin 1-ci səviyyəsidir. Qeyd edək ki, ComplexCore+ məşq və fiziki terapiya üçün fiziki hərəkətləri seçməkdə və planlamaqda dəstək göstərməklə yanaşı bədən gövdəsi, yuxarı və aşağı ətraflar üçün məqsədyönlü müxtəlif fiziki hərəkətlər kompleksini təqdim edir.
Təlimin məqsədi iştirakçıların fiziki hərəkətləri seçmək yolu ilə fiziki terapiya və məşq prosesini planlaşdırmaq bacarıqlarını əldə etmələrini təmin etməkdir. 90 nəfər iştirakçının qoşulduğu təlim nəzəri və praktiki hissədən ibarət idi. 
Peşəkar təlimçi Roman Yahoda, idmançılar, məşqçilər, fiziki tərbiyə müəllimləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri və müəllimləri, reabilitasiya üzrə mütəxəssislər, həkimlər, fizioterapistlərin iştirakı ilə keçən təlim maraqlı anlarla yadda qaldı.

Təlimdən olan şəkilləri aşağıdakı link vasitəsi ilə əldə edə bilərsiniz:

http://bit.ly/2YW7VRg

News and Events