Azerbaijan State Academy of Physical Education and Sport

Məni hansı halda Akademiyadan xaric edə bilərlər?

Akademiyada nələri etmək olmaz?

Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:

- öz arzusu ilə;

- başqa ali təhsil müəssisəsinə köçürüldükdə;

- ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda;

- müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);

- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda.

Xaric edilmiş tələbənin xaric olunma vaxtından bir semestr keçdikdən sonra Akademiyaya bərpa olunma hüququ vardır. Bərpa müddəti minimum 1 semestr maksimum 15 ildir. (Öz ixtisasına Akademiya tərəfindən, digər ixtisaslara isə Təhsil Nazirliyinin razılığına əsasən bərpa olunur).

Daha ətraflı: https://e-qanun.az/framework/37146

 

İntizam qaydaları

ADBTİA  tələbələrindən bir-birlərinə, Akademiyanın professor-müəllim və işçi heyətinə hörmət göstərmələrini, Akademiya daxilində nizam-intizam qaydalarına riayət etmələrini və hər zaman ədəbli, dürüst və ətrafındakılara qarşı diqqətli olmalarını gözləyir. “Tələbə Davranış Qaydaları” Akademiyada oxuyan tələbələrə, onların qonaqlarına və digər ziyarətçilərə şamil olunur. Hər hansı bir qayda pozuntusu halı ilə qarşılaşıldığı zaman nizam-intizam komitəsi müvafiq intizam qaydalarına əsasən inzibati tədbirlər həyata keçirir. Bilməlisiniz ki, Akademiya ərazisində (yalnız Akademiya daxilində deyil, bütün ərazidə) siqaret çəkmək, dava salmaq, nalayiq ifadələr işlətmək, insanları alçaldacaq hər hansısa bir hərəkət etmək qəti qadağandır.