Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İkili diplom proqramı çərçivəsində MGİMO-da tədris prosesi davam edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisası tələbələrinin Rusiya paytaxtında tədris prosesi davam edir.

Hazırda magistrlarımız Rusiya Beynəlxalq Olimpiya Universitetinin Elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “İnzibati hüquq” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru Nikolay Peşin tərəfindən tədris edilən “İdman hüququ” fənninin dinləmələrində iştirak edirlər.

İntensiv formada keçirilən “İdman hüququ” fənninin tədrisi zamanı tələbələr idman hüquqlarının əsasları və prinsipləri, normativ-hüquqi tənzimləmələr haqqında biliklərə yiyələnirlər. Tələbələrə idmançıların hüquq və statusları, idman vətəndaşlığı, idman sahəsində intellektual mülkiyyət kimi müxtəlif mövzularda mühazirələr oxunur və müzakirələr aparılır.

#ASAPES #İdmanAkademiyası #SportManagement #Master

Xəbərlər