Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımız Rusiya Dövlət İdman Muzeyində olublar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tədrisi rus dilində aparılan “İdman menecmenti” ixtisası üzrə təhsil alan magistrantlarının Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MGİMO) ilə birgə ikili diplom proqramı çərçivəsində Rusiya paytaxtında tədris-təcrübə proqramı davam edir.

Səfər proqramı çərçivəsində tələbələrimiz Moskva şəhərindəki Dövlət İdman Muzeyində olublar. Ziyarət zamanı magistrlarımıza idman tarixi, idman növlərinin yaranması və inkişafı, idman nailiyyətləri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Moskva şəhərinin Mərkəzi inzibatı ərazisinin Basman rayonunda yerləşən Dövlət İdman Muzeyi tarixçi İqor Borisov tərəfindən 4 iyun 1987-ci ildə təsis edilib. Rusiya İdman Nazirliyinin dəstəyi ilə yenidən qurulan və ölkənin aparıcı idman muzeyi hesab edilən bina əvvəllər İdman Universiteti kimi fəaliyyət göstərib.

#ASAPES #İdmanAkademiyası #MGİMO #Master

Xəbərlər