Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İkili diplom proqramının çərçivəsində Rusiyaya ezam edilmiş tələbələrimizin səfəri

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ASAPES arasında imzalanmış ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” ixtisası tələbələrinin Moskvada təlim-tədris prosesi davam edir. Səfər proqramı çərçivəsində tələbələrimiz müxtəlif idman obyektlərini də ziyarət edirlər.

Moskva vilayətinin Odintsovo şəhərinin idman məkanlarına baş çəkən tələbələrimiz burada yerləşən İdman və Əyləncə Kompleksi Bələdiyyə Muxtar İdman Müəssisəsində olublar. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilən kompleks Odintsovo Voleybol Mərkəzi, Armada Buz Sarayı, Mərkəzi Stadion, Akulovo Stadionu və digər idman obyektlərini özündə birləşdirir.

Magistrantlarımıza kompleksin məkanlarında keçirilən şəhər miqyaslı müxtəlif idman növləri üzrə çempionatlar, konsertlər, festivallar haqqında məlumat verilib və bildirilib ki, burada həmçinin əyləncəli şoular, uşaqlar üçün tamaşalar və sərgilər də təşkil edilir.

#ASAPES #İdmanAkademiyası #SportManagement #Master

Xəbərlər