Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz əyləncəli idman oyununda qalib gəlib!

“İdman həftəsi" çərçivəsində tələbələr arasında şən startlar əyləncəli idman oyunu keçirilib. Yarışda 11 ali təhsil müəssisəsindən komandalar iştirak edib. Onlar halqa atma, qaşıqla tennis topunu aparma, qaz yerişi, torba və oturub-durma oyunlarında qələbə uğrunda öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticəsinə əsasən, Akademiyamız qalib gəlib. 2-ci yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, 3-cü yeri isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tutublar.

Qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən kubok və hədiyyələr təqdim olunub.

#ASAPES #İdmanAkademiyası #StudentLife #TələbəHəyatı #İdman #Sport #GİN #Tələbələr #Students

Xəbərlər