Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz “IT sahəsində qadınlar” layihəsində iştirak ediblər

ASAPES SABAH tələbələri Şəhanə Quliyeva (Bədən tərbiyəsi və idmanda reabilitasiya, II kurs), Xumar İmanzadə (Bədən tərbiyəsi və idmanda reabilitasiya, II kurs) və Ləman Sultanlı (İdman menecmenti və kommunikasiya, IV kurs) IT Brains Academy və Azərbaycan Texniki Universiteti SABAH qruplarının birgə əməkdaşlığı ilə keçirilən “IT sahəsində qadınlar” layihəsi çərçivəsində “Qrafik dizayn” və “Rəqəmsal marketinq” təlimlərində iştirak ediblər.

Təlimlərin sonunda tələbələrin bilik və bacarıqlarını yoxlamaq üçün imtahan keçirilib və imtahanda yüksək nəticə əldə edənlər sertifikatla təltif olunublar.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH #Students #Tələbələr

Xəbərlər