ƏSAS TERMİNLƏR
Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
Ümumi orta müvəffəqiyyət göstəricisi – ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir.
Tyutor – tələbələrin akademik maraqlarını qoruyan akademik məsləhətçilərdir.
Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.
Tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadan kənar həyata keçirdiyi müstəqil işidir.
Prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;
Akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.
Müvəffəqiyyətlə təhsil alan tələbə – fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.
Akademik borcu olan tələbə – fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.
Təqaüd – Təhsildə uğurlu nəticələri ilə fərqlənən tələbələrin həvəsləndirilməsi üçün dövlət tərəfindən ödənilən maddi vəsaitdir.
Təkrar dinləmə (alt qruplar) – Akademik borcu qalan tələbənin özündən sonrakı tədris ilinin tələbələri ilə dərslərdə iştirak etməklə həmin fənni yenidən dinləməsidir.
Sessiya – Ali və orta ixtisas məktəblərində müəyyən vaxtlarda keçilən imtahanlar dövrüdür.
Semestr – Dərs ilinin yarısıdır.
Dekan – Fakültədə tədris, tərbiyə və elmi işlərə, təhsil proqramlarının və tədris planlarının yerinə yetirilməsinə rəhbərlik edən cavabdeh şəxsdir.
Kafedra – Bir və ya bir neçə fənlər üzrə tədris, metodiki və elmi tədqiqat, elmi pedaqoji və elmi işçilərin hazırlanması, ixtisasların artırılması işlərini həyata keçirən struktur bölməsidir.
Daha ətraflı: https://e-qanun.az/framework/27030