Azerbaijan State Academy of Physical Education and Sport

2022-ci ilin son testi AVF idmançıları üçün təşkil olunub

Dekabrın 30-da Azərbaycan Velosiped Federasiyasının idmançıları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında olublar. 20-25 yaş aralığında olan 12 velosipedçi ürək-damar sisteminin sağlamlıq vəziyyətinin dəyərləndirilməsi üçün növbəti instrumental yoxlamalardan keçiblər.

Müayinə prosesi zamanı idmançılar üzərində ürək-damar sisteminin dözümlülük səviyyəsinin müəyyən edilməsi, yarışlar öncəsi hazırlıq üsullarının effektivliyinin öyrənilməsi, ümumilikdə ürək fəaliyyətinin dəyərləndirilməsi məqsədilə elektro və exokardioqrafiya müayinələri aparılıb.

Qeyd edək ki, idmançıların nəticələrinin yaxşılaşdırılması üçün ürək-damar sistemi xəstəliklərinin profilaktikası və erkən diaqnostikası üçün adı çəkilən instrumental müayinə üsulları çox mühüm skrininq metodlarıdır.

#ASAPES #İdmanAkademiyası #Lab

News and Events