Azerbaijan State Academy of Physical Education and Sport

Milli Müdafiə Universiteti və Bədən Tərbiyəsi və İdman Akademiyası arasında Memorandum imzalanıb

Martın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Universitetinin rəhbərliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rəhbər heyəti arasında görüş keçirilib. Görüşdə pedaqoji kadr hazırlığı, onun müxtəlif aspektli problemləri, o cümlədən əməkdaşlıq imkanları geniş müzakirə olunub. Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev və Akademiyanın rektoru Fuad Hacıyev tərəfindən imzalanmış sənədə əsasən, tərəflər qarşıdakı 5 il ərzində pedaqoji kadr hazırlığı, elm və təhsil sahəsinin inkişafı üzrə birgə fəaliyyət həyata keçirəcəklər. Memorandum aşağıdakı sahələr üzrə əməkdaşlığı nəzərdə tutur:

- mütəxəssislərin ixtisasının artırılması;

- elmi tədqiqatlar sahəsində birgə layihələrin həyata keçirilməsi;

- akademik və elmi mübadilə;

- birgə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin təşkil;

- idman sahəsində təcrübə mübadiləsi;

- qarşılıqlı maraq dairəsində olan biblioqrafik və informasiya materiallarının hazırlanması və mübadiləsi.

Milli Müdafiə Universitetində təşkil olunan imzalanma mərasimində ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə və Tədris hissəsinin müdiri Nazim Abbasov da iştirak edib.

#ASAPES #İdmanAkademiyası

News and Events