Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES və Milli Müdafiə Universitetinin İşçi qruplarının ilk görüşü keçirilib

Martın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında imzalanmış Memorandum çərçivəsində İşçi qrupların görüşü təşkil olunub.

Akademiyada keçirilən görüşdə ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə, Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov, Tədris hissəsinin müdiri Nazim Abbasov, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı Qənbər Cəfərov, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun direktor müavini polkovnik Rəşad Tahirov, Hərbi tibb fakültəsinin rəisi polkovnik Cingiz Əlləzov, Fiziki hazırlıq şöbəsinin rəisi polkovnik Zal Nəbiyev, Monitorinq və qiymətləndirmə şöbəsinin bölmə rəisi polkovnik-leytenant Namiq Kərimov iştirak edib.

Tərəflər imzalanmış Memorandum çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri - fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə pedaqoji kadr hazırlığının elmi-pedaqoji və metodik problemləri, birgə elmi-tədqiqat fəaliyyətinin təşkili aspektləri, o cümlədən ixtisasartırma sahəsində əməkdaşlıq imkanları barədə geniş müzakirələr apararaq birgə fəaliyyət planı tərtib ediblər. Bundan başqa, növbəti görüşlərdə görüləcək işlər də müəyyənləşdirilib.

#ASAPES #İdmanAkademiyası

News and Events