Azerbaijan State Academy of Physical Education and Sport

“Ulu Öndər - Azərbaycan idmanının hamisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev İli” ilə əlaqədar baş tutan tədbirlər çərçivəsində Elmi İnnovasiyalar Mərkəzinin təşkilatçılığı, Multimedia Mərkəzi və Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Akademiyanın tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu Öndər - Azərbaycan idmanının hamisi” mövzusunda videotəqdimat (videoçarx) formatında təşkil edilən müsabiqənin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.

Müsabiqənin yekunlarına əsasən, Məşqçilik-1 fakültəsinin “Güllə atıcılığı” ixtisası üzrə IV kurs tələbəsi Əlihadi Xaneqahi 1-ci, Məşqçilik-2 fakültəsinin “Boks” ixtisası üzrə II kurs tələbəsi Elnur Zeynalov 2-ci, “İdman məşqinin nəzəriyyəsi və metodikası - güllə atıcılığı” ixtisası üzrə I kurs magistratura tələbəsi Səda Əlizadə isə 3-cü yerə layiq görülüb.

Bağlanış tədbirində qaliblərin filmləri nümayiş olunub, onlara pul mükafatı və diplomlar təqdim edilib. Bundan başqa, müsabiqədə uğurla iştirak edən digər tələbələr də təşəkkürnamələrlə təltif olunublar.

#ASAPES #İdmanAkademiyası

News and Events