ASAPES-də “Elm və idman” mövzusunda elmi-praktiki konfrans keçirilib
Mayın 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Elm və idman” mövzusunda tələbə və magistrantların elmi-praktiki konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor Fuad Hacıyev elm və onun istiqamətləri, idman və idman fəlsəfəsi haqqında tələbə və magistrantlara ətraflı məlumat verib. Elm və idmanın vəhdət təşkil etdiyini deyən rektor tələbə və magistrantlara tədqiqat prosesində uğurlar arzulayıb.
Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə son 5 il ərzində ASAPES-in elmi-praktiki konfranslarında müşahidə olunan inkişaf dinamikası haqqında geniş məlumat verib.
10 tələbənin çıxış etdiyi plenarda rektor Fuad Hacıyev bütün çıxışlara rəy bildirərək onları yüksək qiymətləndirib. Elmi konfrans proqram üzrə 3 bölmədə davam etdirilib.