Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Elmi Şura

ADBTİA Elmi Şurasının 01 noyabr 2012-ci il tarixli 02 nömrəli iclasının qərarı ilə qəbul edilmiş və rektorun 07 noyabr 2012-ci il tarixli R-64/a nömrəli əmri ilə təsdiq edilmişdir. Elmi Şura ADBTİA-nın kollegial idarə orqanıdır və ADBTİA-ya ümumi rəhbərlik bu Şura tərəfindən həyata keçirilir. ADBTİA-nın rektoru Elmi Şuraya başçılıq edir. Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə ADBTİA-nın rektoru (sədr), Tədris işləri üzrə prorektor (sədrin müavini), prorektorlar, elmi katib, dekanlar, digər struktur bölmələrinin rəhbərləri, müəllim və tələbə həmkarlar ittifaqları komitələrinin, tələbə gənclər təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, Tədris-metodik şuranın sədrləri daxil olurlar. Elmi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir və protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanılır.

 

ADBTİA-nın Elmi Şurası:

  • ADBTİA-nın Nizamnaməsini qəbul edir, Nizamnamədə, eləcə də Nizamnamə Fondunda əlavələr və dəyişikliklər aparmaq üçün təkliflər verir və həyata keçirir;
  • ADBTİA-nın inkişaf Proqramını təsdiq edir, ADBTİA-nın inkişafının ən vacib məsələlərini, tədris və elmi fəaliyyətinin müxtəlif istiqamətlərini, beynəlxalq əlaqələrini həll edir;
  • ADBTİA-nın rektorunun səlahiyyətlərini müəyyənləşdirir və təsdiq edir, lazım gəldikdə rektora əlavə səlahiyyətlər verilməsi məsələsini həll edir;
  • ADBTİA-nın kollektivinin (tələbələrin, müəllimlərin, əməkdaşların, doktorant və dinləyicilərin) daxili intizam qaydalarını təsdiq edir;
  • Əsasnamələri, təlimatları və digər normativ sənədləri təsdiq edir;
  • ADBTİA-nın strukturunu müəyyənləşdirir, ona dəyişikliklər və əlavələr edir;
  • ADBTİA-ya tələbə qəbulu planını müəyyənləşdirir;
  • Hər il ADBTİA-nın büdcəsini müəyyənləşdirir, Akademiyanın maliyyə fəaliyyəti haqqında hesabatı dinləyir;
  • Fakültələrdə (ETİ-lərdə və filiallarda, kafedralarda) vəzifə tutmaq üçün müsabiqə keçirməyin, kontraktların və müqavilələrin vahid qaydalarını təsdiq edir;
  • Kadr məsələlərinə baxır, ADBTİA-nın struktur bölmələrinin (fakültə, ETİ, filial və s.) elmi şuralarının təklifi ilə professor və baş elmi işçi vəzifələrini tutmağa iddiaçıların müsabiqəsini keçirir, onların vaxtından əvvəl tutduqları vəzifələrdən azad olunmaları barədə məsələlərə baxır. Fakültə, departament, şöbə, və Akademiya tabeliyindəki laboratoriya müdirlərini seçir;
  • Hər il ADBTİA-nın fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
  • Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların əlavə təhsili məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
  • Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
  • Fakültələrin, kafedraların və ADBTİA-nın digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;
  • Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
  • ADBTİA-nın əməkdaşlarına “professor”, “dosent” s. elmi adlarının verilməsi haqqında vəsatət qaldırır;
  • ADBTİA-nın əməkdaşlarını respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının verilməsinə təqdim edir;
  • Ölkədə və dünya miqyasında tanınmış görkəmli alimlərə, dövlət xadimlərinə, ictimai və siyasi xadimlərə “ADBTİA-nın fəxri doktoru” və ya “ADBTİA-nın fəxri professoru”, “ADBTİA-nın fəxri elmi işçisi”, “ADBTİA-nın fəxri işçisi” adlarını verir;
  • Elmi işə və pedaqoji fəaliyyətə görə ADBTİA-nın mükafatlarını verir;
  • Professor-məsləhətçi ştatı ayırır;
  • Tədris planlarını təsdiq edir;
  • Monoqrafiyaların nəşri üçün qərar verir;
  • İmtahanların keçirilmə qaydalarını və qiymətləndirmə kriteriyalarını müəyyən edir;
  • Təqaüdlərin təyin edilmə qaydalarını qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;
  • ADBTİA-nın tədris-metodik, redaksiya-nəşriyyat və kitabxana şuralarının tərkiblərini təsdiq edir;
  • AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçilmək üçün namizədlər irəli sürür;
  • Kafedra müdiri və dekan vəzifələrinin tutulması üzrə müsabiqələri həyata keçirir.

 

Sənədlər:

 

 

İş planları: