Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

London “Nors Vest” Universitetinin professoru ASAPES magistrantlarına dərs deyir

Böyük Britaniyanın Kembric Universitetinin məzunu, Radioloqların Kral Kollecinin akkreditasiyasından keçən üzvü, London İmperial Kollecinin fəxri müəllimi Denis Remedios Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” ixtisaslaşmasının I tədris ili magistrantlarına “Dayaq-hərəkət sisteminin patologiyasında radioloji müayinə üsulları” fənnini tədris edir.

Tədris prosesi zamanı professor magistrantlarla idman həkimliyində radioloji görüntülənmənin əhəmiyyəti, üsulları, mənfi və müsbət tərəfləri haqqında geniş müzakirələr aparıb. Tələbələr dərs zamanı sümük-əzələ sisteminin ümumi patologiyalarını qiymətləndirərək sümük gərginliyi və əzələ zədələrinin görüntülənmə xüsusiyyətlərini, həmçinin onların dərəcələrini öyrəniblər. Bundan başqa, Denis Remedios magistrantlarla özünün qarşılaşdığı real təcrübələrini də bölüşüb.

#ASAPES #İdmanAkademiyası #sportsrehabilitation #mastersdegree

Xəbərlər