Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“İdman menecmenti” tələbələrinin magistrlik dissertasiyalarının müdafiəsi keçirilib

ASAPES-də magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisası üzrə təhsil alan II tədris ili tələbələrinin magistrlik dissertasiyalarının müdafiəsi keçirilib. Müdafiə prosesi Akademiya rektorunun Əmri ilə tərkibi təsdiq edilmiş əcnəbi və yerli mütəxəssislərdən ibarət ixtisaslaşdırılmış Şura üzvləri tərəfindən aparılıb. Magistrantlar əcnəbi mütəxəssislərin elmi rəhbərliyi ilə apardıqları tədqiqatlara dair təqdimatlarla çıxış edərək onlara verilən sualları ətraflı cavablandırıblar.

Qeyd edək ki, tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisası üzrə magistrantların elmi rəhbərləri İngiltərənin Koventri Universitetinin dosenti, İdman və tədbir menecmenti üzrə kurikulum rəhbəri və Əməkdaşlığın inkişafı üzrə rəhbəri, Avropa Menecment Akademiyasının və Avropa İdman Menecmenti Assosiasiyasının üzvü Benua Seno (Benoit Senaux), iqtisad və sosial elmləri doktoru, Avro-Asiya İdarəetmə Tədqiqatları Assosiasiyasının (EAMSA) İdarə Heyətinin Məsləhət Komitəsinin üzvü, professor Harald Klaus Dolles (Harald Klaus Dolles) və Löven Katolik Universitetinin (The Catholic University of Leuven or Louvain) “İdman menecmenti” ixtisası üzrə magistrı və fəlsəfə doktoru, Koventri Universitetində “İdman menecmenti” ixtisası üzrə proqram direktoru dosent Saymon Kuentin Cerard (Simon Quentin Gerard) olublar.

#ASAPES #İdmanAkademiyası #İdmanMenecmenti #SportManagement

Xəbərlər