Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in müəllimi Avropa Oyunlarının qalibi olub

Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında ölkəmizi təmsil edən ASAPES-in “Kütləvi sağlamlıq idman növləri” kafedrasının atletika müəllimi Sadıq Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Sadıq Sadıqov həmçinin 400 metr məsafəyə qaçışda 2-ci yeri tutub.

ASAPES kollektivi adından müəllimimizi təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası

Xəbərlər