Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in tələbəsi Lamiyə Vəliyeva dünya çempionu olub

Azərbaycan paraatleti, ASAPES-in Q119R1 qrupunun IV kurs tələbəsi Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən paraatletika üzrə dünya çempionatının qalibi olub. Təmsilçimiz 100 metr məsafəyə final qaçışında 11,99 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb və bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarına vəsiqəni təmin edib.

Qeyd edək ki, Lamiyə dünya çempionatının yarımfinal mərhələsində 11,89 saniyə göstərici ilə yeni dünya rekordu da müəyyənləşdirib.

Tələbəmizi təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #Sport #İdman #Student #Tələbə

Xəbərlər