Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da tədris prosesinin təşkili ilə bağlı monitorinqlərin keçirilməsi qaydaları müzakirə edilib

İyulun 11-də Keyfiyyət təminatı şöbəsi və Tədris hissəsinin birgə təşəbbüsü ilə ASAPES-də tədris, araşdırma fəaliyyətləri ilə inzibati xidmətlərin daxili və xarici keyfiyyət təminatı, monitorinq prosesi iştirakçılarının və institusional akkreditasiya çərçivəsində müəyyən edilmiş hüquq və vəzifələrin tənzimlənməsi məqsədilə tədris prosesində monitorinqlərin təşkili qaydalarına dair görüş keçirilib.

Görüşdə yeni tədris ilindən etibarən fəaliyyətə başlaması planlaşdırılan Monitorinq Komissiyasının Əsasnaməsi təqdim olunub. Müzakirələr zamanı görüş iştirakçıları məsələyə ümumi münasibətlə yanaşı, irad və təkliflərini də bildiriblər.

İştirakçıların irad və təklifləri nəzərə alınmaqla Əsasnamədə dəyişikliklərin edilməsi ilə bağlı razılıq əldə olunub və təsdiq üçün Elmi Şuraya tövsiyə edilib.

Xəbərlər