Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in müəllimi Avropa çempionatında hakimlik edəcək

Voleybol üzrə beynəlxalq dərəcəli hakimimiz, ASAPES-in əməkdaşı Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb. Ədalət təmsilçimiz Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsində hakimlik edəcək.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekeçsaba şəhərində keçiriləcək. CEV-in təyinatına əsasən, həmyerlimiz Zaur Hacıyev II qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yığmaları yer alır. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland komandaları yarışacaq.

Avropa birinciliyində yarımfinallar iyulun 22-də keçiriləcək. Çempionun adına isə iyulun 23-də aydınlıq gələcək.

#ASAPES #İdmanAkademiyası #Teacher #Müəllim #voleybol

Xəbərlər