Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in tələbəsi Lamiyə Vəliyeva 2 qat dünya çempionudur

Azərbaycan paraatleti, ASAPES-in Q119R1 qrupunun IV kurs tələbəsi Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb. O, 400 metr məsafəyə qaçış yarışının final mərhələsində 55,34 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, Lamiyə Vəliyeva daha öncə 100 metr məsafəyə qaçışda dünya çempionu olmaqla Paris-2024 Yay Paralimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Tələbəmizi təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #Sport #İdman #Tələbə #Student #goldmedalist #athlete #paris2024

Xəbərlər