Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri türkiyəli mütəxəssis Engin Arslanın təlimində iştirak ediblər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbələri "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzinin dəstəyi ilə “Müalicəvi bədən tərbiyəsi” (MBT) təlimləri çərçivəsində iyulun 22-də türkiyəli mütəxəssis, Ankara Autizm Fondunun rəhbəri, idman və bədən tərbiyəsi koordinatoru Engin Arslanının praktiki təlimlərində iştirak ediblər.

Təlimlərdə iştirak edən tələbələr fiziki və psixoloji inkişafa dəstək, motor koordinasiya, bilateral koordinasiya (ikili koordinasiya), diqqətin artırılması, özgüvənin formalaşması, sosiallaşma, özünəqulluq, özünümüdafiə kimi mövzularda nəzəri, praktiki bilik və bacarıqları əldə ediblər.

#ASAPES #İdmanAkademiyası #Students #Tələbələr

Xəbərlər