Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES nümayəndə heyəti Tatarıstanda səfərdədir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndə heyəti “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında 2023-2024-cü illər üzrə əməkdaşlığın inkişafına dair Tədbirlər planı”nın elm, təhsil, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq bölməsində qeyd olunan müddəaların icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədbirlər Planında qeyd olunan əməkdaşlıq sahələrinin və imkanlarının müəyyənləşdirilməsi və təşviq edilməsi məqsədilə Rusiya Federasiyasının Tatarıstan Respulikasının paytaxtı Kazan şəhərində səfərdədir.

Tatarıstan Respublikası Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin dəvəti əsasında reallaşan səfərdə Akademiyanı İnformasiya texnologiyaları və tədrisdə innovasiyalar departamentinin direktoru Şaiq Məmmədli, İdman menecmenti və kommunikasiya kafedrasının və Doktorantura şöbəsinin müdiri, m.e.d. professor Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri, SABAH Mərkəzinin rəhbəri f.ü.f.d., dosent Lalə Əhmədova və İnsan resursları və hüquq şöbəsinin müdiri Fatma Məmmədova təmsil edirlər.

Səfər çərçivəsində Akademiyanın nümayəndə heyətini iyulun 24-də Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanov, birinci prorektor Azat Şarapov, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Andrey Nazarenka, Tibbi-biolojı elmlər kaferasının müdiri, ETİ rəhbəri Aleksey Zverev və ali təhsil ocağının digər rəsmiləri ilə görüşübər.

Görüş zamanı Akademiyanın son illərdə fəaliyyəti, yeni layihələri, mövcud ixtisasları haqqında ətraflı məlumat videotəqdimat şəkilində nümayiş etdirilib. Tərəflər həmçinin qarşılıqlı maraq kəsb edən sahələr üzrə təhsil və elm fəaliyyəti, razılaşdırılmış prosedur qaydaları əsasında professor-müəllim heyəti və tədqiqatçıların, doktorant və tələbə heyətinin mübadiləsi, birgə seminar və konfransların keçirilməsi məsələlərini müzakirə ediblər.

Bundan başqa, Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin strukturuna daxil olan dünya miqyaslı idman obyektləri ilə tanışlıq ekskursiyası da təşkil olunub. ASAPES nümayəndələri Beynəlxalq Tennis Federasiyasının (ITF) standartlarına cavab verən Avropanın ən böyük tennis komplekslərindən biri Beynəlxalq Tennis Akademiyası, Kazan Badminton Mərkəzi, Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) və Avropa Su İdmanı Liqasının (LEN) tələblərinə uyğun layihələndirilmiş “Burevestnik” qapalı üzgüçülük hovuzu, Rusiyanın ən böyük qapalı idman qurğularından biri, Sidney Opera Evinin dizaynı ilə tanınan Britaniyanın “Arup Group Limited” şirkəti tərəfindən layihələndirilən və su idman növləri üzrə 2015-ci il dünya çempionatını qəbul edən Su İdman Sarayı, Beynəlxalq Kanoe Federasiyası (ICF) və Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) tələblərinə cavab verən Avarçəkmə Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər