Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES komandası AÇ-də 5-ci oldu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) futzal komandası Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında Avropa çempionatında çıxışını başa vurub. Futzalçılarımız sonuncu oyunda son Avropa çempionu Xorvatiyanın Zaqreb Universiteti komandasına 4-3 hesabı ilə qalib gələrək 7-ci yeri tutublar.

Qeyd edək ki, Avropa çempionatında 15 ölkədən olan 19 ali təhsil ocağının komandası mübarizə aparıb. Ölkələr üzrə Azərbaycan ümumkomanda hesabında 5-ci olub.

#ASAPES #İdmanAkademiyası #Futzal #Team

Xəbərlər