Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də "Təməl Həyat Dəstəyi" - "BLS – Basic Life Support" təlimi keçirilib

ASAPES-də "Təməl Həyat Dəstəyi" təlimi keçirilib. Təlimdə iştirakçılara hadisə yerinin qiymətləndirilməsi, təhlükəsizliyin təminatı, ürəyin xarici masajının canlandırılması, avtomatlaşdırılmış xarici defibrilasiya və AXD-dən düzgün istifadə haqqında ətraflı məlumatlar verilib.

Təlim həm nəzəri, həm praktiki formada beynəlxalq protokollara uyğun olaraq keçirilib. Təlim iştirakçıları həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi və daha təkmil tibbi yardım briqadası gələnədək həyati vacib ilk yardım tədbirlərinin görülməsinə dair bilik və bacarıqlara yiyələniblər.

#ASAPES #İdmanAkademiyası #ilktibbiyardım #İdmanReabilitasiyası #SportRehabilitation

Xəbərlər