Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri “EKAT2023” beynəlxalq idman festivalına yola düşdü

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) futzal komandası tələbələr arasında keçirilən “EKAT2023” universitetlərarası beynəlxalq idman festivalında iştirak etmək üçün Rusiyanın Yekaterinburq şəhərinə yola düşüb. Avqustun 19-31 tarixlərində keçiriləcək idman festivalında 14 fərqli idman növü üzrə 3400 tələbə qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Akademiya futzalla yanaşı badminton, sambo, boks, stolüstü tennis, üzgüçülük və taekvondo idman növləri üzrə yarışlarda təmsil olunacaq.

Tələbələrimizə uğurlar arzulayır və Vətənə qələbə ilə dönmələrini diləyirik!

#ASAPES #İdmanAkademiyası #Futzal #Team #EKAT2023

Xəbərlər