Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Sağlam həyat vərdişləri” mövzusunda yay məktəbi fəaliyyətə başlayıb

Avqustun 20-sindən 26-sına kimi Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə keçirilən "Sağlam həyat vərdişləri" üzrə ASAPES Yay Məktəbi 2023 öz fəaliyyətinə başlayıb.

Yay Məktəbinin ilk günü Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elnur Abdullayev və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris işləri üzrə prorektoru Rafail Novruzov Yay Məktəbinin iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar. Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə proqram haqqında iştirakçılara ətraflı məlumat verib.

Yay məktəbi aktiv və əyləncəli proqramla davam edəcək.

#ASAPES #İdmanAkademiyası #ASAPESyayməktəbi

Xəbərlər