Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də əcnəbi mütəxəssislərin təlimləri davam edir

Bolqarıstanın Sofiya şəhərində yerləşən Vassil Levski adına Milli İdman Akademiyasının dosenti, fəlsəfə doktoru Qateva Mariya Qançeva (Gateva Mariya Gantcheva) və dosent əvəzi, fəlsəfə doktoru İvanov Nikolay Stançev (İvanov Nikolay Stanchev) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında işgüzar səfərdədirlər.

Xarici mütəxəssislər səfər zamanı Akademiyanın “Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının tələbələri üçün master-klass dərsləri keçərək, yerli kadrlarla öz təcrübələrini bölüşüb və gələcək idman fəaliyyətlərinin inkişafı üçün tövsiyələrini veriblər.

#ASAPES #İdmanAkademiyası #Gimnastika

Xəbərlər