Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də tələbələr üçün “Komanda işi” mövzusunda təlim keçirilib

22 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında könüllülər üzrə ekspert Tural Hümbətovun təqdimatında “Komanda işi” mövzusunda təlim baş tutub.

ASAPES Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə tələbələrə uğur qazanmağın şərtləri və komandada fəaliyyətə təsir göstərən əsas amillər haqqında geniş məlumat verilib, mövzu ətrafında müxtəlif oyunlar təşkil olunub.

Mövzu ilə bağlı müzakirələrdən sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #İdmanAkademiyası #KaryeraMərkəzi #careercenter

Xəbərlər